Startapçılarımız Türkiyədə investorlar qarşısında təqdimat edir

23-02-2017 / 16:40

Məlumat verdiyimiz kimi, bir neçə yerli startapımız hazırda Türkiyənin Antalya şəhərində keçirilən Startup Turkey-də iştirak edir.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR),Omarov`s Game Studio, WeTravel layihələri tədbirə qatılıb.

Xeberler.az olaraq bu barədə  oxuculara mütəmadi məlumat təqdim edirik.

Antalyada olan startapçılarımız Xeberler.az-a bildirib ki, hazırda Demo Day başlayıb və layihələr təqdimat edir.

Məlumata görə, 2 layihəmiz (Spinal Tech  (Lia), CustomAR (Expander) ) təqdimat edib. Digər 2 layihənin də təqdimatı gözlənilir.

Expander layihəsindən Fərid Yusifoğlunun sözlərinə görə, təqdimat maraqla qarşılanıb. Belə ki, tədbirdə yerli startap layihələrimizə maraq müşahidə edilir.

Qeyd edək ki, bu gün təqdimat edən 50 startapdan 15-i seçilərək fevralın 25-də, yekunda növbəti dəfə təqdimat etmək imkanı qazanacaq.

3 gün davam edəcək tədbirdə 700 iştirakçı, 150-dən çox investor və 100-dən çox startap iştirakı edir.

Qeyd edək ki, 2008-ci ildən Türkiyədə keçirilən qlobal startap tədbiri regionun ən yaxşı sahibkarları, investorları, mələk yatırımçıları, vençur fondları, innovativ şirkət və layihələrini bir araya gətirir.

Startup Turkey-nin əsas məqsədi ən yaxşı netvörkinq imkanı yaratmaqdır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə