Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016 / 17:55

Azercell və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlı startap keçən il ölkədə keçirilən seçmə turunun qalibi olaraq İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars World” müsabiqəsində iştirak edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 60  startapın qatıldığı müsabiqədə 12 nəfər final üçün seçilərək 500.000 dollar qazanmaq uğrunda yarışıblar.

Yarışmanın qalibləri müxtəlif kateqoriyalar üzrə Cənubi Afrika, Avstraliya və Mərakeşi təmsil edən startapçılar elan edilsə də, ölkəmizi təmsil edən startap layihəsi böyük marağa səbəb olub.

Azərbaycan müsabiqəyə Dronee layihəsi ilə qatılıb. Bu layihə özündə Hardware platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun hardware (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, “Seedstars World” inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il “Seedstars World” 36 ölkəni əhatə edirdisə, artıq bu il iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər. MEST, Google for Entrepreneurs və Microsoft kimi tərəfdaşları olan “Seedstars World” yenilikçi startaplara platforma təqdim etməklə yanaşı, həm də regional biznesi dəstəkləyir.

 Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafı prosesində dünya ilə inteqrasiyanın çox önəmli olduğunu vurğulayıb.

O, tədbirdə iştirakından təəssüratlarını bölüşərkən bildirib ki, Azərbaycanda olan gəclərin innovativ və biznes potensialının yüksək olduğunu nəzər alaraq, startaplara münbit şərait yaratmaqla onların bizim ölkə iqtisadiyyatımızdakı rolunu artırmağımız çox məntiqli bir addımdır.

Hazırda dünyada innovativ beyinlər və biznes ideyalar uğrunda ölkələr arasında gərgin mübarizə gedir və biz də bu mübarizənin parçası olmaqla həm innovasiyaların tətbiqi, həm də dünya səviyyəli investorları ölkəmizə investisiya qoymağa təşviq edək üçün daha da çox çalışmalıyıq.

“Ölkələr arasındakı növbəti dövrün rəqabəti artıq elm və innovasiya üzərində olacaq”, deyə İmran Bağırov əlavə edib.

Sevinc Əsədova


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.