Startapımız qlobal yarışmada uğur qazanıb

13-05-2015 / 15:22

“Yeni Fikir 2014”ün , “Startap Azərbaycan”ın qalibi   və həmçinin “ MilliNet 2014”  müsabiqəsində  "Ən yaxşı mobil tətbiq" nominasiyası  üzrə birinci yeri tutmuş  BethClip layihəsi  bir neçə gün  öncə ABŞ-ın "Global Innovation through Science and Technology" (GİST) təşkilatı tərəfindən keçirilən Tech-İ (Technology İdea) yarışmasında iştirak etmək üçün müraciət  edib.

Bu barədə Xeberler.az-a layihə rəhbəri Rəşid Əliyev məlumat verib.

Rəşid Əliyev bildirib ki,  mayın 10-da BethClip  yarışmada yarımfinala çıxıb.

Qeyd edək ki, hazırda Tech-İ yarışmasının  final mərhələsində iştirak etmək üçün komandalar səs toplama kompaniyası keçirir. Sonda ən çox səs toplamış layihə finala dəvət olunacaq və ABŞ Prezidenti Barak Obama ilə  görüşəcək.

Səsvermə üçün Tech-İ yarışmasının saytından və ya BethClip-ə səs vermək üçün birbaşa bu linkdən keçməklə ( https://goo.gl/T8ejYt ) səs verib, dəstək ola bilərsiniz. 
Yarışla bağlı ətraflı məlumatı təşkilatın  rəsmi səhifəsidən əldə etmək olar.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə