Startaplar Londonda toplaşacaq

02-11-2015 / 16:36

Dekabrın 7-8-də TechCrunch şirkəti Londonda  startapları bir araya toplayacaq.

Xeberler.az TechCrunch-a istinadən  məlumat verir ki,  təşkil ediləcək Startap Alley-də İT sahəsində avadanlıq və proqram təminatı istehsalı ilə məşğul olan (hardware and software) şirkətləri də iştirak edəcək.

Müxtəlif istiqamətli startap layihələr öz məhsullarını təqdim etməklə  tədbir çərçivəsində çoxsaylı investor və veçur fondları ilə danışıqlar aparıb, layihələrinin inkişafı üçün investisiya əldə etmə imkanı qazanacaqlar.

Qeyd edək ki, tədbirdə çoxsaylı KİV nümayəndləri də iştirak edəcək və startaplarla bağlı ictimaiyyətə geniş məlumat verəcək.

Londonun Copper Box Arena -sında startaplar öz əhatə dairlərini genişləndirmək, şirkətləri barədə arenada təqdimat etmək şansını qazanacaqlar.

Startap Alley-də “Startap Battlefield” müsabiqəsi təşkil ediləcək. Belə ki, müsabiqə çərçivəsində seçilən 10 şirkətə Wild Card təqdim ediləcək və onlar səhnədə layihələrinin təqdimatını edə biləcək. Yəni, əsas müsabiqədə iştirak etmək üçün komandalar bu kartı əldə etməldirlər. 

Daha sonra tədbir iştirakçıları bu layihələrə səs verəcək.

TechCrunch bu səslərin nəticəsinə uyğun qalib layihəni elan edəcək.

Qeyd edək ki, TechCrunch dünayada baş verən texnoloji yeniliklərlə, oyun sektoru, əsasən də startaplarla bağlı müxətəlif istiqamətli məlumatlar yayımlayır. Həmçinin çoxlu sayda startapların, sahibkarların, investorlarn , hakerlərin iştirakı ilə baş tutan  “Startap Battlefield “, “a 24-hour Hackathon”, “Startap Alley”, “Hardware Alley” və “After Parties” kimi tədbirlərdə canlı müsahibələr yayımlayır.

Daha ətraflı burada. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə