Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016 / 10:56

Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilir.

Xeberler.az-ın məlumatına görə, iyunun 12-nə  qədər davam edəcək seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar.

İyunun 18-də  Qafqaz Universitetinin Texnoparkında  baş tutacaq seçimlərin final mərhələsində qalib gələn startap  2017-ci ilin mart ayında İsveçrədə Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Yarışma  Azercell, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı PAŞA Bank və QU Technopark dəstəyi ilə keçirilir və TechNote tərəfindən canlı yayımlanacaq.

 Azercell-in Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri və Barama Biznes İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və Seedstars Səfiri İmran Bağırov növbəti seçim mərhələsinə böyük ümid bəsləyir:

“Seedstars qlobal və böyük bir icmadır ki, sahibkarlar, investorlar, sanaye mütəxəssisləri və digər maraqlı tərəflər üçün zəngin imkanlar açır. Ötən il Seedstars Bakı müsabiqəsinin qalibləri Dronee layihəsinin müəllifləri Tomi Piriyev və Maksim Piriyev seçildilər. Dronee layihə özündə Hardware platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur".

 "Developerlər drona uyğun əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər”-deyən İmran Bağırovun sözlərinə görə, yarışmanın 1-ci mərhələsində Seedstarsworld-ə müraciət üçün 65-dən çox ölkədən online forma qəbul olunur. Seedstarsword-ün yerli əməkdaşları ( Azərbaycanda- Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) bu mərhələdə distürübütör kimi iştirak edir. Müraciətçilər online formanı  20 dəqiqə ərzində doldurmalıdırlar.

 Qeyd edək ki, 1-ci mərhələdən seçilmiş 10-12 startap ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını edirlər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal Seedstarsworld-də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.

Müsabiqə üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Onu da qeyd edək ki, yerli seçimlər nəticəsində I yerin sahibi İsveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda yarışacaq, II yerin qalibi hədiyyə olaraq Huawei cihazı, III yerin sahibi isə Barama-dan hədiyyələr qazanacaq.

Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

 Ötən il Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.

Azercell  Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir.

Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.

Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.