Startaplar üçün 70 milyon dollar investisiya ayrılıb

16-11-2015 / 14:19

Amerika  və Londonda fəaliyyət göstərən "White Star Capital " adlı investisiya fondunun nəşr etdiyi analizə görə, Silikon Vadisi-də   başlanğıc mərhələsində olan startaplara  yatırılan investisiyaların sayı, bütün Avropadakıların 3 qatından daha çoxdur.

Xeberler.az bildirir ki,  bu haqda "White Star Capital" şirkətinin idarəçisi Christian Hernandez açıqlama verib. 

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının qərbində 150-dən çox fəal investor var. Amerikanın şərqində bu göstərici  29  olduğu halda, Avropada bu rəqəm  42-dir.

Bütün bunları nəzərə alaraq "White Star Capital" investisiya strategiyasını yeniləyərək Amerikanın şərqində və Avropada investisiya etmək üzrə 70 milyon dollarlıq yatırım etmək qərarı alıb.

Qeyd edək ki,  Hernandez əvvəllər  Facebook, Google və Microsoft kimi firmalarda direktor vəzifəsində  çalışıb. Hernandez qeyd edib ki,  yeni investisiya edəcəkləri bölgələr də həmin şirkətlərin ekosisteminə bənzəyir.

 

Ruhəngiz Muradova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə