Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016 / 10:45

Qlobal Sahibkarlıq Şəbəkəsinin (GEN) Azərbaycanda rəsmi nümayəndəsi olan DVC (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi) sahibkarları və startapçıları Kolumbiyanın Medelin şəhərində keçiriləcək və 160 ölkəni təmsil edən mindən artıq sahibkarın qatılacağı “Qlobal Sahibkarlıq Konqresi 2016”-da iştirak etməyə dəvət edir.

Xeberler.az-ın məlumatına görə, 14-17 mart tarixlərində Kolumbiyada keçiriləcək konqres “Biznesin Gələcəyi” (“The Next of Business) şüarı altında keçirilir. Konqres iştirakçıları rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekskpert və biznes-quruları tərəfindən keçirilən master-klaslar və işçi qruplarda iştirak edə biləcək. Müzakirə obyekti olacaq mövzular innovativ sahibkarlıq, startaplara dəstək sahəsində müasir trendlər, qadın və gənc sahibkarların potensialının üzə çıxarılması və digər aktual sahələri əhatə edəcək. Eyni zamanda, iştirakçılara yeni biznes əlaqələrin qurulması üçün geniş imkanlar təqdim olunacaq.

Konqresdə Azərbaycanın nümayəndə heyətinin rəhbəri olaraq DVC-nin sədri Seymur Hüseynov iştirak edəcək. Konqres haaqqında ətraflı məlumat əldə etmək və qeydiyyat üçün www.gec.co ünvanına daxil ola bilərsiniz.  

Qeyd edək ki, DVC 2011-ci ildən başlayaraq gənc sahibkarlara dəstək sahəsində irimiqyaslı proqramlar və layihələr həyata keçirir. Təşkilatın bu sahədə aparıcı proqramı – Youth İnc Gənclərin Sahibkarlıq Proqramıdır.

Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı Coca-Cola şirkəti, Gənclər və İdman Nazirliyi və DVC arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. Youth Inc.-in fəaliyyət dövrü ərzində proqram məzunları 8 biznes layihə həyata keçirib, 5 minə yaxın gənc proqram çərçivəsində təlimləndirilib. Youth Inc. Proqramı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkədə gənc sahibkarlara dəstək istiqamətində həyata keçirilən ən uğurlu layihələrdən biridir. 

Proqramın gənc sahibkarlara təklif etdiyi əsas dəstək mexanizmi Youth Inc. Biznes İnkubasiya Mərkəzidir. Mərkəz Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək olaraq gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif edir və ideyalarını həyata keçirmək üçün platformalardan biridir. Youth Inc. proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə