Startapların qrantları nə vaxt veriləcək?

15-04-2016 / 14:25

Məlumat verdiyimiz kimi,  ötən ilin sonlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən 3-cü qrant müsabiqəsi keçirilib.

Belə ki, müsabiqəyə 138 layihə təqdim edilib.

Bu layihələrdən 103-ü  ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Fondun Müşahidə  Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 000 AZN qrant vəsait ayrılıb.

Qalib layihələrlə bağlı daha ətraflı ötən yazımızdan məlumat ala bilərsiniz.

Lakin qalib startaplara qrantlar hələ də verilməyib.

Son günlərdə layihə rəhbərləri qrantın verilməsinin gecikməsi ilə bağlı narahatlıqlarını bildirir.

Qrantını ala bilməyən startapçıların bəziləri bildirib ki, vəsaiti əldə edə bilmədiklərinə görə, layihələrini inkişaf etdirə bilmirlər.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq .

Əldə etdiyimiz məlumata görə, startapların qrantları gələn həftədən verilməyə başlayacaq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə