Startapların qrantları verilməyə başladı

21-04-2016 / 14:10

Məlumat verdiyimiz kimi,  ötən ilin sonlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən 3-cü qrant müsabiqəsi keçirilib.

Belə ki, müsabiqəyə 138 layihə təqdim edilib.

Bu layihələrdən 103-ü  ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Fondun Müşahidə  Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 000 AZN qrant vəsait ayrılıb.

Qalib layihələrlə bağlı daha ətraflı ötən yazımızdan məlumat ala bilərsiniz.

Məlumat verdiyimiz kimi, qrantların verilməsi gecikirdi.

Belə ki, Facebook-da Startap qruplarında da layihə rəhbərləri qrantın verilməsinin gecikməsi ilə bağlı narahatlıqlarını bildirirdi.

Qrantını ala bilməyən startapçıların bəziləri  vəsaiti əldə edə bilmədiklərinə görə, layihələrini inkişaf etdirə bilmədiklərini qeyd etmişdi.

 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrantların bu həftə veriləcəyi bildirilmişdi.

Layihə rəhbərləri Xeberler.az-a bildirib ki, bu gündən qrantlarını əldə bilirlər.

Onlar qeyd edib ki, artıq qrant müsabiqəsində qazandıqları vəsait onların hesabına köçürülüb.

Məsələni Fondla dəqiqləşdirdik. Fondan məlumatı təsdiqləyiblər.

Qeyd edilib ki, dünəndən başlayaraq vəsaitlər layihə rəhbərlərinin hesabına köçürülür.

Onu da bildirək ki, Fond tərəfindən vəsaitlərin köçürülməsi tam həyata keçirilsə də, növbəti mərhələ bankların işindən aslıdır. Yəni, bu vəsaitlər banklar tərəfindən 1-5 gün müddətində hesablara tam əlavə ediləcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə