“Startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” müzakirə olunacaq

27-10-2015 / 11:32

Məlumat verdiyimiz kimi, noyabrın 6-da  Startap Günləri keçiriləcək.

Startap Günləri çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans keçiriləcək.

Bu barədə Xeberler.az-a Təşkilat Komitəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, konfransda ölkədə startap infrastrukturun formalaşması sahəsində mövcud vəziyyət, yeni startapların stimullaşdırılması və yaranmasında universitetlərin və biznes inkubatorların rolu, Azərbaycanda proqramçıların hazırlanması ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransda dövlət qurumlarının, universitetlərin biznes inkubatorlarının və texnoparkların məsul şəxslərinin, ali və orta təhsil sistemində proqramçıların hazırlanması sahəsində çalışanların, İT ekspertlərin iştiarakı ilə müzakirələr təşkil olunacaq.

Konfransda internet biznes və startaplar sahəsində bütün maraqlı tərəflər - dövlət qurumları və texnoparkların nümayəndələri, investorlar və İT şirkətləri, mentorlar və ekspertlər, uğurlu startap təmsilçiləri, yeni fəaliyyətə başlayan startaplar müzakirə aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Qeyd edək ki, konfransın proqramının ilkin verisyası da hazırdır. Buradan məlumat əldə bilərsiniz.

Tədbirlər Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, Xəzər Vençur (Khazar Ventures), SİNAM, Bakcell şirkətlərinin dəstəyi ilə "Startap Azərbaycan" layihəsi çərçivəsində təşkil olunur.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə