Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014 / 12:35
Bildiyiniz kimi artıq Startup Azərbaycan 2014 Layihəsinə start verilib. Layihə çərçivəsində milli startupların müsabiqəsinin, startup görüşlərinin, startupçılar üçün təlimlərin, Milli Konfransın və Startupların inkişafına kömək məqsədilə digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Artıq Müsabiqə elan olunub və hazırda www.startup.az resursunda Qeydiyyat davam edir. Eyni zamanda Startup Azərbaycan komandası İnternet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlayıb.
Diqqətinizə çatdırırıq ki, 2 May tarixdə saat 15.00 da ADA Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində Startup Azərbaycan ADA Toplantısı olacaq. 
Toplantıda Startup Azərbaycan layihəsi, uğurlu milli Startuplar haqqında və İT-nin İnkişafı Dövlət Fondu tərəfindən élan edilən Qrant Müsabiqəsi haqqında məlumatlar təqdim olunacaq
Toplantıda iştirak edənlər Startup Azərbaycan hərəkatı haqqında, hazırda davam edən Startup Müsabiqəsi haqqında və Startup komandalarının formalaşdırılması haqqında onları maraqlandıran suallara cavab ala biləcəklər.
Toplantıda ADA-da təhsil alan developerlər, proqramçılar, İnternet resurs sahibləri, İnternet biznes sahəsində çalışmaq istəyən tələbə və müəllimlər iştirak edə bilərlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə