STEM yeni konfrans keçirəcək

14-06-2018 / 15:03

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri elan olundu. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb.

Xeberler.az bildirir ki, fərdi kateqoriya üzrə diqqət çəkən qalib layihələrdən biri, 1-ci qrant müsabiqəsi çərçivəsində uğurla həyata keçirilmiş STEM Azərbaycanda layihəsinin məntiqi davamı olan STEM Azərbaycanda 2018 Müəllim Konfransı layihəsidir. Layihənin icrası 20 iyun-20 sentyabr 2018-ci il zaman intervalında nəzərdə tutulmuşdur. Qafqaz regionunda ilk dəfə olaraq həyata keçiriləcək konfransın məqsədi STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu panellər birləşdirən müəllim konfransının təşkil edilməsidir.

Qeyd edək ki, konfransda təhsil müəssisələrinin riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, texnologiya, informatika, həyat bilgisi və ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuşdur. Konfransın 2 sentyabr 2018-ci il tarixində Bakı şəhərində keçirilməsi planlaşdırılmışdır.

Qeyd 1. Konfransda aşağıdakı formalarda iştirak etmək olar:

-Məqalə verməklə iştirak: məqalə qəbulu 15 iyun-31 iyul aralığında həyata
keçiriləcək;
-Məqalə verməklə və təqdimat etməklə iştirak: təqdimatçıların kimliyi seçim
əsasında 01-15 avqust aralığında dəqiqləşdiriləcək;
-Dinləyici kimi.
Konfransa aşağıdakı məzmunda məqalələr qəbul edilir:
-STEM təlim üsulu ilə tədrisin təşkilinin üstünlükləri;
-STEM məzmunlu və layihə əsaslı öyrənməyə dair təcrübənizdən;
-STEM təliminin 21-ci əsr bacaqrıqlarının formalaşdırılmasına dair nümunələr;
-STEM-in hər bir fənnə uyğun olaraq Yeni Təhsil Proqramına inteqrasiya edilməsi
-Dərs prosesində QR, 3D printing, kodlama, VR-virtual reallıq, AR-artırılmış
reallıq, Google tədris alətləri və rəqəmsal laboratoriya avadanlıqlarından istifadə;
-Robotix, Arduino platformasında cihaz prototiplərinin hazırlanması, Lego
Mindomo və s.;
-İbtidai təhsildə sadə STEM fəaliyyətlərinin təhsilalanların əhatəli inkişafında rolu;
-STEM düşüncəsinin ətraf mühitin qorunmasında, karyera planlamasında vəs. rolu;
-STEM təlimində innovasiyalar və s.


Qeyd 2. Konfransa təqdim olunacaq məqalələrə aşağıdakı tələblər qoyulur:

1.Yazı müəllifin özünə məxsus olmalı, plagiatlığa yol verilməməlidir.

2.Yazının məzmununda əsaslandırılmış fikirlərə, müəllimin şəxsi təcrübəsinə üstünlük verilməlidir.

3. Yazının quruluşu:

-Səhifənin əvvəlində mərkəzdən məqalənin adı, müəllifin adı, işlədiyi təhsil
müəssisəsi və email ünvanı yazılmalıdır.
-Yazı MS Word proqramında, əsas mətni sağ-sola genişləndirilmiş formada, 12
ölçüdə, Times New Roman yazı tipində ve 1,5 sətr aralığında, səhifəninnın sol,
sağ, üst ve alt tərəfindən 2,5 sm boşluq qoyularaq yazılmalı və səhifə
nömrələnmədən göndərilməlidir. Səhifələrin sayı 2-5 qədər ola bilər.
-Yazı mətninə keyfiyyətli şəkil, qrafik , cədvəl və s. əlavə edilə bilər.
-Konfransa məqalələr ahmadovaaliya@gmail.com email ünvanından qəbul
ediləcək.

Qeyd edək ki, konfransa göndərilmiş seçilən məqalələr konfrans toplusu olaraq
çap ediləcək və iştirakçılar sertifikatla təmin ediləcək. Konfrans barədə ətraflı
məlumat və qeydiyyat forması layihənin saytında və “STEM Azərbaycanda 2018” facebook sosial səhifəsində yerləşdirilmişdir.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.