Steve Jobs-un ilk kompüteri satışa çıxarılır

16-03-2017 / 15:16

Amerikalı sahibkar, Apple imperiyasının qurucusu Stive Jobs-un  ilk kompüteri 315 min dollara satışa çıxarılacaq.

Hazırda bütün dünyada Apple 1-in yalnız 8 ədəd tam işlək versiyası var. Stiv Voznyak və Stive Jobs fərdi kompüteri 1976-cı ildə yaradıblar və ümumilikdə 150 ədəd belə kompüter istehsal edilib.

Xeberler.az ict.az-a istinadən məlumat veryr ki, kompüterin ilk 50 nüsxəsini pərakəndə ticarətlə məşğul olan bir şəxs satın alıb, digərləri isə vasitəçilərin köməyilə satılıb.

Əvvəlcə qurğunun qiyməti 666,66 dollar təşkil edib, çünki S.Voznyak təkrarlanan rəqəmləri xoşlayırdı. Alıcılara yalnız ana plata verilirdi, digər komponentləri (klaviatura, monitor və s.) isə alıcı özü tapmalı idi.

Hərracda orijinal NTİ işarəli nadir nüsxə tam komplektli, istifadəyə hazır şəkildə satışa çıxarılacaq. Ümumilikdə bu modeldən 60 ədəd istehsal edilib.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.