Strateji yol xəritələrinin əsas istiqamətləri müzakirə olunub

10-04-2017 / 16:52

Bu gün  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirin keçirilməsində məqsəd milli iqtisadiyyat və iqtisadiyyatın sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətlərinin icrasında və strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatmaq istiqamətində həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyətinin daha yaxından iştirakını təmin etməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin monitorinqi, qiymətləndirilməsi mandatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib. Strateji yol xəritələrinin kommunikasiyası vacib ictimai əhəmiyyət daşıyır. “Buna görə də qərara gəldik ki, Açıq Hökumət platforması ilə müzakirələr aparaq. Bu, bizim ilk birgə tədbirimizdir. Düşünürəm ki, bundan sonra artıq konkret sahələr üzrə, eyni zamanda, regionları əhatə edən müzakirələrimiz olacaq”, - deyə Vüsal Qasımlı vurğulayıb.

Açıq Hökumət Platformasının əlaqələndiricisi Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatmaq üçün həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyətinin yaxından iştirakı məsələlərinin mərkəzlə birgə müzakirəsi məqsədilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbir hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının bariz nümunəsi olmaqla, çox mühüm təşəbbüsdür və səyləri birləşdirməyə, strateji yol xəritələri ilə nəzərdə tutulan islahatlar üçün ictimai etimad mühiti yaradılmasına əhəmiyyətli töhfə verməyə imkan yaradacaq.

"Düşünürəm ki, Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində əks olunan hədəflərə çatmaq bütün cəmiyyətimiz üçün başlıca məqsəd olmalıdır. Cəmiyyətimiz həmin hədəflərə çatmaq üçün səfərbər olmalı və bu, əsas ideyaya çevrilməlidir", - deyə Əliməmməd Nuriyev qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Açıq Hökumət Platforması arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayan Milli Məclisin deputatı Vüsal Hüseynov deyib: “Bu platforma təkcə şəffaflığın təmin edilməsi deyil, eyni zamanda, əməkdaşlıq və iştirakçılıq deməkdir. Strateji Yol Xəritəsinin hazırlanmasında da vətəndaş cəmiyyətinin rəyinə böyük önəm verilib. Nəticədə çox təkmil bir sənəd ərsəyə gəlib. Müzakirələr bundan sonra da davam etdiriləcək. Çünki bu sənəd çərçivəsində islahat prosesinə dəstək vacibdir və bu dəstək hərtərəfli olmalıdır. Bugünkü görüş yeni əməkdaşlıq modelinin qurulması üçün bir başlanğıcdır”.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.