Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

13-06-2019 / 16:38

"2018-ci il üzrə strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin açıqlanmasından 40 gün keçdi. Belə görünür ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu Hesabatı maraqlı tərəflərin iştirakı ilə müzakirə etmək fikri yoxdur. Şox təəsüf ki, 2017-ci ilin yekunları da müzakirə olunmadı.  Güman ki, çox böyük əziyyətlə hazırlanmışdı bu sənədlər. Düşünürəm ki, kimlərəsə bu sənədlərdəki rəqəmlərin, əldə olunan nəticələrin açıqlanması sərf etmir. Və onlar İİTKM-nə təsir edə bilirlər ki bu tip müzakirələr olmasın"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert indiki halda bu istiqamətdə müzakirələr aparılmasının vacib olduğunu qeyd edib.

"Strateji Yol Xəritəsində nəhəng nazirliklərin ləğvi, inhisarçılığın qarşısını alan məqamlar, daha liberal iqtisadi mühitin formalaşmasına təsir edən məqamlar nəzərdə tutulurdu. Məsələn, Telekommunikasiya üzrə Yol Xəritəsində gələn il NRYTN-in ləğvi və müstəqil tənzimləyici qurumun, Milli Telekommunikasiya Şurasının yaradılması nəzərdə tutulur. Prezident də buna imza atıb. Vaxta da az qalıb. İndi necə olacaq ? Buna gediləcəkmi ? Proses necə olacaq ? Hansı ölkələrin təcrübəsi əsas götürüləcək ? Hazırlıqlar nə yerdədir ? Xatırladım ki dünyada cəmi bir-iki ölkədə bizdəkinə oxşar idarəetmə sistemi qalıb. Qalan bütün ölkələrdə kommersiya və tənzimləmə funksiyaları ayrılıb. Bəlkə də kimlərsə ümid edir ki, “Strateji Yol Xəritəsi” 2.0 təsdiqlənəcək və orda indiki situasiyanı saxlamağa xidmət edən müddəalar olacaq. Təəssüf ki İİTKM maraqlı tərəfləri bir yerə toplayıb , əzab-əziyyətlə hazırladığı nəticələri müzakirə etmək həvəsində və ya gücündə deyil. Belə müzakirələr isə indiki halda bəlkə də ən vacib məslələrdən biridir"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.