Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017 / 15:01

Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Xeberler.az-a verilən məlumata görə,  daha beş strateji yol xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb.

Strateji yol xəritələrinin ən yüksək icra göstəricisi “Milli iqtisadiyyat perspektivi” üzrə əldə olunub – 62 faiz. Ən aşağı icra göstəricisi isə “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeydə alınıb – hər ikisində 27 faiz.

2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə görə 47 qurumun performansı təqdim edilib. 

Monitorinq və qiymətləndirmə qrupu təklif edib ki, investisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparılaraq, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər.

Eyni zamanda, davamlı biznes islahatlarının icrası, “Rəqabət Məcəlləsi”nin qəbulu, institusional islahatların aparılması, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, kommunal sektora özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlərin sürətləndirilməsi də tövsiyyə olunub.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.