Su altında iş üçün robot ixtira edilib

16-04-2018 / 14:04

ABŞ alimləri su altında işləmək üçün robot ixtira ediblər. SwarmDiver adlı robot su anbarlarının monitorinqi üçün nəzərdə tutulub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, avtomatlaşdırılan çox sayda mexanizm vahid sistem kimi idarə olunur.

Kompleks suyun altında 50 metrə qədər dərinlikdə əmrləri yerinə yetirə bilər. O, kənd təsərrüfatında, həmçinin müdafiə məqsədi ilə tətbiq edilə bilər.

Sistemi suya həm sahildən, həm də gəmi vasitəsilə salmaq mümkündür.

SwarmDiver-in hər bir elementi 74 santimetr uzunluğa və iki motora malikdir. Robot saniyədə 2,2 metr sürət toplaya, həmçinin suya enə bilər.

Akkumulyatorun həcmi su altında 2,5 saat işləməyə, 7 kilometr məsafə qət etməyə imkan verir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.