Su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

03-09-2015 / 18:02

Azərsu ASC-nin abunəçiləri üçün su sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidməti sentyabrın sonu işə düşəcək.

Xəbərlər-in Trend-ə istinadən verdiyi məlumata görə, Goldenpay şirkətindən bildirilib ki, Azərsu və ASC-nin sayğaclarının sahibi olan üçüncü şirkətlə artıq razılıq əldə olunub: “Razılığa müvafiq olaraq texniki sənədləşmə əldə etmişik. Bu sənədlər əsasında Hesab.az portalının “Kommunal xidmətlər” bölməsinin köməyi ilə Azərsu sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidmətinin inteqrasiyası üçün işlər aparılır”.

Sistemin iş mexanizmi qaz sayğacları üzrə smart-kartların onlayn yüklənməsi üçün tətbiq olunan sistemin mexanizmi ilə eynidir. Smart-kartları yükləmək üçün kard-riderlərdən istifadə olunmalıdır. Qiyməti 30 manat olan cihazı Goldenshop.az onlayn-mağazasından əldə etmək olar.

Smart-kartları yükləmək üçün Java proqramı yükləmək (java.com/en/download/ie_manual.jsp?locale=en), həmçinin drayveri (drayverin ünvanı: system.goldenpay.az/smart/jpcsc.dll) C diskinin Windows qovluğuna kopyalamaq lazımdır.

Smart-kartın yüklənmə prosesi aşağıdakılardan ibarətdir: kartı kard-riderə qoymaq, START düyməsini basmaq və kartdakı məlumatın yoxlanılmasını gözləmək, sonra karta yükləmək istədiyiniz məbləği qeyd edib növbəti səhifəyə keçmək lazımdır. Daha sonra kart haqqında informasiya daxil edilməli və ödəniş həyata keçirilməlidir. Pul vəsaitinin karta yüklənməsi üçün START düyməsini basmaq, proses başa çatdıqdan sonra kartı çıxarmaq lazımdır.

Prosesdən öncə kartdakı məbləği sayğaca yükləmək, kartda vəsaitin qalmadığından əmin olmaq lazımdır. Əks halda vəsait karta yüklənməyəcək. Həmçinin yükləmə prosesi başa çatmayıbsa, kartı vaxtından əvvəl çıxarmaq olmaz.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə