Sumqayıt Texnologiyalar Parkı bəyanat yaydı

06-10-2017 / 13:33

Mediada Sumqayıt Texnologiyalar Parkı ilə bağlı bəzi məlumatlar yayımlanır. Belə ki, qeyd edilir ki, qurumun təsisçisi dəyişib.

Texnologiyalar Parkı bu məlumatlarala bağlı bəyanat yayıb.

Xeberler.az həmin bəyanati təqdim edir:

“MNəzərinizə çatdırmaq istəyirik ki, ötən gün Sumqayıt Texnologiyalar Parkı MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır.

Bildirmək istəyirik ki, Sumqayıt Texnologiyalar Parkı  MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmayıb. min Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında Sumqayıt Texnologiyalar Parkı MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanıb.  Xahiş edirik ki, Sumqayıt Texnologiyalar Parkı MMC ilə bağlı informasiyaları yaymamışdan qabaqictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayasınız”.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.