Sumqayıtdan Bakıya daha rahat və ucuz gəlmək üçün yeni xidmət

12-05-2016 / 12:54

Sürücü və sərnişinlər arası vasitəçi olan YolYoldaşı servisi yeni “Sumqayıtdan gəlirik” layihəsini həyata keçirir.

 Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, YolYoldaşı-nın məqsədi müntəzəm olaraq Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən insanlara alternativ, rahat və eyni zamanda ucuz səyahət təklif etməkdir

Qeyd edilib ki, hazırda Sumayıt-Bakı arası qatar, taksi sürücüləri kifayət qədər mövcud olsalar da , bu yolu gedən avtomobil sahibləri boş yerlərə sərnişin götürməklə həm öz xərclərini azalda, həm də sərnişinlərə daha rahat servis təklif etmiş olarlar. 

YolYoldaşı-nın sərnişinlər üçün üstünlükləri:

Sumqayıt-Bakı qatar, avtobuslarından fərqi olaraq avtobağzal, 20 Yanvara deyil, şəhərin istənilən nöqtələrinə gələ biləcəklər.

Sumqayıt-Bakı taksilərindən istifadə edərkən hər gün fərqli insanların avtomobilinə minməli olursunuz. YolYoldaşı ilə bəlli bir sürücü ilə gedib-gələcəksiniz. Sərnişinləri yaxından tanıyaraq daha təhlükəsiz və maraqlı səyahət sizi gözləyir.

Qiyməti eyni yolu gedən sürücü ilə razılaşacağınızdan taksidən daha sərfəli olacağına inanırıq.

YolYoldaşı-nın sürücülər üçün üstünlükləri:

Sizdən tələb olunan öz hərəkət qrafikinizi yolyoldasi.com/sumqayit/yeni ünvanına daxil olmaqla yeni səyahət olaraq əlavə etməkdir. Ondan sonra sərnişinlər özləri sizi tapacaqlar.

Yanacağa sərf etdiyiniz məbləğı artıq sərnişinlərlə bölə bilərsiniz. Beləliklə, büdcənizə qanaət etmiş olacaqsınız.

YolYoldaşı “Sumqayıtdan gəlirik” kampaniyası ilə paralel digər istiqamətlərə olan səyahətlərin də qəbulunu davam edir. Azərbaycan və ya Gürcüstanı əhatə edən müntəzəm və ya müəyyən tarixdə olan səfərlərinizi sayta əlavə edə bilərsiniz.

Layihə barədə daha ətraflı  Facebook səhifəsindən məlumat ala bilərsiniz.

Günel

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.