Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018 / 10:21

Sumqayıt şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirə Sumqayıt şəhəri ilə yanaşı, ətraf rayonlardan olan 100-dən çox iştirakçı qatılıb. Tədbirdə ilk olaraq iştirakçılar üçün informativ sessiya keçirilib, “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib. Bildirilib ki, “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən layihənin əsas tərəfdaşı isə “Azercell” şirkətidir. Tədbir çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən keçirilən infosessiyada Fondun startapçılara təqdim etdiyi imkanlar, ənənəvi olaraq elan edilən qrant müsabiqələri və bu müsabiqələrdə iştirakla bağlı ətraflı məlumat verilib.

Daha sonra "Sağlam Yaşam platforması" layihəsinin müəllifi Şahlar Paşayev öz uğur hekayəsini bölüşüb. Layihəsi haqqında məlumat verən Ş.Paşayev bildirib ki, istifadəçilər "Sağlam Yaşam platforması" mobil portalı tərəfindən tanındıqdan sonra əsas sağlamlıq parametrləri barədə 6 dəqiqə ərzində ətraflı məlumat əldə edə bilərlər. O, layihəsinin tam formalaşmasında iştirak etdiyi startap tədbirlərinin böyük rol oynadığını qeyd edib. Məlumat üçün bildirək ki, "Sağlam Yaşam platforması" layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rusiya Federasiyasının "Skolkovo" Fondu ilə keçirdiyi Açıq İnnovasiyalar üzrə Startap Turu çərçivəsində Azərbaycanın ən yaxşı startapı seçilib. Tədbirin interaktiv hissəsində "AIESEC in Azerbaijan" və “Microsoft” şirkətinin nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.