Süni intellekt spam və fişinq məktubları blok edir

07-06-2017 / 13:23

Google şirkəti Gmail elektron poçt xidmətinə yeni təhlükəsizlik mexanizmləri əlavə edib.

Belə ki,  əsas yenilik süni intellektin tətbiqi ilə bağlıdır. Şirkət nümayəndəsinin sözlərinə görə, süni intellekt, demək olar ki, bütün arzuolunmaz məktubları blok edir.

Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) məlumatında qeyd edilib

Məlumta görə,  öz işində kompüter təliminin xüsusi modelindən istifadə edən Gmail spam və fişinq mesajlarını təxmini 99 % dəqiqliklə müəyyənləşdirməyi öyrənib. Bunun nəticəsində servis tərəfindən emal olunan məktubların 70%-nın spam olması aşkarlanıb.

Bundan əlavə Gmail servisi məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuş xəbərdarlıq bildirəcək. Məsələn, istifadəçi şirkətə məxsus olmayan domendən istifadə edən şəxsə cavab yazdığı halda sistem bu əməliyyatın edilməsini təhlükəsizlik qaydalarına görə təkrar sorğulayacaq. İstifadəçinin əlaqələri siyahısında olan və ya daim onunla ünsiyyət saxlayan şəxslər üçün bu xəbərdarlıq bildirilməyəcək.

Google, həmçinin fırıldaqçılıq üsullarından istifadə edən proqram təminatı və polimorf zərərverici proqramlara qarşı da yeni daxili qoruma alətləri əlavə edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.