Süni intellektə malik diş fırçası hazırlanıb

31-03-2018 / 11:55

İsveçin FOREO şirkətinin süni intellektlə təchiz edilmiş diş fırçası satışa çıxarılıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ISSALEXA adlandırılmış fırça dişləri təmizləməklə yanaşı, həm də bir sıra əlavə faydalı funksiyalara malikdir.

ISSALEXA dişlərin təmizlənməsi zamanı insanın ağız suyunun tərkibini tədqiq edir. Onun tərkibində stres hormonunun miqdarı yüksəlibsə, qurğu öz sahibi ilə söhbət etməyə başlayacaq. Bundan başqa, ağıllı fırça sahibinə dişlərini vaxtında təmizləməyi xatırladır.

Su keçirməyən səthə malik olan ISSALEXA USB vasitəsilə enerji toplayır. İstehsalçılar bildiriblər ki, 1 dəfə toplanan enerji fırçadan 365 gün istifadə üçün kifayət edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə