Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb

20-11-2015 / 10:37

ABŞ-ın IBM Watson superkompüteri bazasında işləyən süni intellekt sistemi sosial şəbəkələrdə qarşıdan gələn Yeni il üçün daha çox sadalanan hədiyyələrin təhlilini aparıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, IBM Watson Trend proqramı vasitəsilə informasiyanı emal edən sistem bu il üçün ən çox arzulanan hədiyyənin Apple Watch smart saatının olması qənaətinə gəlib.   

Samsung, LG və Sony televizorlarının, Lego uşaq konstruktorlarının, kompüter, audio və videotexnikanın, velosiped və idman ayaqqabılarının daxil olduğu siyahıda ümumilikdə 100 hədiyyə yer alıb. Siyahı real vaxt rejimində superkompüterə yeni informasiya daxil olduqca yenilənir.

Məlumat üçün qeyd edək ki, IBM mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən Watson prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.    

Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən DeepQA proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi Watson-u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə