Sürətli Günəş enerjisi yığan şarj cihazı

09-10-2009 / 09:17

Günəş enerjisindən faydalanmaq hələlik bahalı bir üsuldur. Amma alimlər hal hazırda istifadə edilən panelləri inkişaf etdirməyə davam edirlər.

Günəş enerjisiylə AA və AAA batareyalarını şarj etmək üçün bir çox cihaz var. Bu məhsullar arasında ucuz qiymətə olanını tapmaq çox çətindir. www.gadget.brando.com saytında satışa çıxarılan cihaz nisbətən ucuz olması, və daha uzun şarj saxlaması ilə seçilib. AA və AAA batareyalarını doldura biləcəyiniz bu cihaz ilə üç batareyanın şarj müddəti 2 gün ilə 5 gün arasındadır.

Şarj üçün istifadə edilən günəş panelləri gün ərzində 2 -3 saat günəş enerjisini tam ala bilir. Buna görə cihazın şarj etmə müddəti uzanır. Əgər bu cihazlar üçün günəşi izləyən bir qurğu edilərsə şarj müddəti 1 günədək düşə bilər. Məhsulun satış qiyməti isə 40 dollardır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə