Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

16-05-2019 / 10:49

"Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan Respublikasının birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərində görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib.

Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə fabrikin nümayəndələrinə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub.

Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə paytaxt Varşava şəhərində Azərbaycan Respublikasının Milli Açarlarının təhvil verilməsi təmin edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.