Sürücüsüz taksilər dövrü başlayır

01-02-2017 / 11:28

Mercedes-Benz-in əsas markası Daimler və Uber əhəmiyyətli bir əməkdaşlığa imza atıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu razılaşmaya görə Daimler istehsal edəcəyi sürücüsüz avtomobillərini Uber-in xidmətləri üçün də istifadəyə verəcək. Belə ki, pilotsuz taksilər Uber onlayn taksi xidmətinin bir hissəsi olacaq.

Uber CEO-su Travis Kalanick açıqlamasında Uber-in avtomobil istehsal etmək  mövzusunda təcrübəsi olmadığını qeyd edərək bu istiqamətdə Daimler-i əhəmiyyətli bir strateji ortaq olaraq gördüklərini vurğulayıb.

Son vaxtar şirkətin sürücüsüz avtomobil sektoruna marağı onu göstərir ki, Uber belə avtomobil istehsal edən şirkətləri öz yanına çəkməyə çalışır.

Kalanick da açıqlamasında Uber-in imkanlarını genişləndirmək üçün böyük avtomobil istehsalçıları ilə yeni müqavilələr bağlamağı planlaşdırdığını qeyd edib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.