Sylaps Skype-ı geridə qoyacaq?

01-12-2015 / 17:19

İnternetdə səsli, görüntülü və yazılı ünsiyyət yaratmaq üçün istifadə olunan proqramlar arasında rəqabət böyükdür. 

Skype, Tango, Hangout və başqa bu kimi proqramların həmin rəqabət mühitində uğur qazanması üçün fərqli tərəfləri olmalıdır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir ildən çoxdur fəaliyyət göstərən Sylaps video danışıq proqramlarının heç birində olmayan yeniliyə imza atıb.  Belə ki, proqrama sahib olan istifadəçi proqram vasitəsilə əldə etdiyi linki istənilən şəxsə göndərir. Nəticədə qarşı tərəf göndərilən linkə daxil olmaqla söhbətə qoşula bilir. 

Sylaps-ın daha bir üstünlüyü onun digər proqramlara nisbətən daha təhlükəsiz olmasıdır.

Sylaps hazırda bütün kompüter və mobil platformalarda işləyir.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə