TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009 / 15:09

Hazırda TAE (“Trans-Asiya-Avropa”) fiber-optik kabel magistralının Azərbaycan seqmentinə qoşulmuş telekommunikasiya qovşaqlarının sayı 52-yə çatdırılıb və bütün bu məntəqələrdə STM-16 və STM-1 avadanlıqları quraşdırılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunun yaydığı məlumata görə, artıq İsmayıllı və Füzuli telekommunikasiya qovşaqlarının mərkəzi avtomat telefon stansiyalarının TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinə birbaşa bağlantısı təmin edilməklə daha iki rayonda yüksək keyfiyyətli rabitə təmin edilib.

Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi (İB) kəndlərlə mərkəz arasında birləşdirici xətləri fiber-optik kabellə əvəzlənməsi və kənddaxili xətlərin yenilənməsi işlərini həyata keçirir.

”Aztelekom” İB-nin dəstəyi ilə Ucar rayonu Lək kəndində 512 nömrə tutumlu KAREL DS 200 tipli müasir EATS qurulub. Yeni stansiya Ucar-Zərdab fiber-optik kabelə qoşulduqdan sonra kənd sakinlərinin pik vaxtlarında telefon bağlantısında qarşılaşdıqları çətinliklər və problemlər aradan qaldırılıb.

“Elektron Azərbaycan” Dövlət Proqramının tərkib hissəsi olaraq İB tərəfindən Saatlı və Gədəbəy rayonlarının telefon şəbəkəsinin rekonstruksiyası həyata keçirilib. Rayonların hər birində 128, 288 və 512 nömrə tutumlu yeni EATS-lər quraşdırılıb. Saatlı rayonunun 5 və Gədəbəy rayonun 3 kəndində ATS-lərinin birləşdirici xətləri fiber-optik kabellərlə təşkil olunub.
Neftçalanın beş, Hacıqabulun iki, Yardımlı, Xızı, Ağdam, Beyləqan və Ağstafanın bir kəndində, eləcə də Cəbrayılın 10 saylı məcburi köçkün qəsəbəsində, Gəncə şəhərinin üç ATS-də, Sumqayıt şəhərinin üç ATS-də, Qəbələ Hərbi şəhərciyində EATS-lər, bundan əlavə Lerik rayonunda bir,  Şəki rayonunda iki, Daşkəsən rayonunda bir, Cəlilabad rayonunda bir kənd yaşayış məntəqələrində mini EATS quraşdırılıb. Ümumilikdə 5872 nömrə tutumlu 27 yeni EATS tikilərək istifadəyə verilib.
Yardımlının iki, Salyanın bir, Şəmkirin beş, Sabirabadın iki, Cəlilabadın iki, Xaçmazın bir kəndində istismar olunan analoq tipli ATS-lər rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunub və nəticədə tutumları 714 nömrə artırılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.