Taksi sürücünüzü xəritədə izləyə biləcəksiniz

02-06-2015 / 17:30

Xeberler.az olaraq ötən yazımızda insanların taksiyə olan ehtiyac və tələblərini nəzərə alaraq Bakıda fəaliyyət göstərən taksi xidmətləri və bu xidmətlərə əlçatımlıqda tətbiq olunan texnologiyalar haqqında məlumat vermişdik.

Bu dəfə isə Azərbaycanda ilk dəfə olaraq, mobil proqramdan istifadə edərək taksi çağırmaq servisini tətbiq edən TaxiTap şirkətinin fəaliyyəti ilə maraqlandıq.

Məlumat üçün qeyd edək ki, şirkətin tətbiq etdiyi mobil proqram sifarişçinin yerini 10 metrə qədər dəqiqliklə təyin edir və ən yaxın ünvanı yazır. Dispetçerlərə zəng vurmadan sifariş yaxın məsafədə olan bütün taksi sürücülərinə dərhal yollanır. Taksinin hərəkətinə xəritə üzərində nəzarət etmək də mümkündür.

Məsələylə bağlı TaxiTap şirkətinin layihə rəhbəri Səbinə Aslanova Xeberler.az-a bildirib ki, mobil proqram sayəsində sərnişinlərin sürücü ilə əlaqə saxlamağına ehtiyac qalmır: “TaxiTap-ın Azərbaycanda taksi sifarişi sahəsinə gətirdiyi bir yenilik də mobil tətbiqetmə vasitəsidir. Mobil tətbiqlər vasitəsilə sərnişinlər taksi sifariş verdikləri zaman, sifariş üçün sürücü təyin olunur. Bu tətbiqetmə vasitəsilə sürücünü xəritədə asanlıqla görmək də mümkündür. Sürücünün harada olduğunu öyrənmək üçün sərnişinlərin sürücü ilə əlaqə saxlamağına ehtiyac qalmır. Sifarişçi  mobil tətbiqetmənin real zaman xəritəsi vasitəsilə sürücünün harada olduğunu görə bilir”.

Səbinə Aslanova mobil proqramın sifarişçi üçün üstünlüklərindən danışır: “Sifarişçi xəritə vasitəsi ilə sürücülərin harada olduğunu, hansı yol ilə hərəkət etdiyinə nəzarət edə bilir və bununla da yaxınlarının təhlükəsizliyindən əmin olmuş olur. Bu da TaxiTap-ın əsas məqsədlərindən biridir”.

Qeyd edək ki, Android və İOS üçün nəzərdə tutulmuş tətbiqlər də “TaxiTap”-ın saytında yerləşdirilib.

Səbinə Aslanova onu da qeyd edib ki, “TaxiTap” Avropa oyunları ilə əlaqədar xüsusi kampaniya keçirir və kampaniya çərçivəsində 2 nəfər oyunların açılış mərasiminə bilet qazana bilər. Kampaniya oyunların bitməsinə qədər hər həftə davam edəcək.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə