Tanınmış İT şirkət rəhbəri prezidentə müraciət ünvanlayıb

20-11-2017 / 15:43

Azərbaycan İT şirkət rəhbəri  Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən "Tədris Prosesinin Avtomatlaşdırma İşləri" üzrə satınalma tenderində ölkəmizin qanunvericiliyi ciddi şəkildə pozulduğunu iddia edir.

Xeberler.az-ın məlumatına görə, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, artıq neçə dəfədir dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qanun pozuntuları ilə üzləşir.

O, məsələ ilə bağlı İlham Əliyevə və aidiyyatı qurumlara rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən tenderdə şirkət tenderin qiymətləndirilməsində ən yüksək bal toplayaraq qalib gəldiyi halda, şirkətin  tenderdə qalib gəlmədiyi rəsmən satınalan təşkilat tərəfindən təsdiq edilib.

Şirkət rəhbəri prezidentdən yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və şirkətin hüquqlarının təmin edilməsini xahiş edib.

Bundan öncə də İsmayıl Ələkbərov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olduğu barədə prezidentə müraciət ünvanlamışdı.

Şirkət rəhbərinin bu müraciətindən sonra Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tender ləğv edildi.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.