Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015 / 12:07

Oktyabr ayından başlayaraq B.EST Solutions şirkəti özünün xəbər bülleteninin onlayn dərcinə və yayımına başlayır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  ilkin olaraq ayda bir dəfə açıqlanması nəzərdə tutulan bülleten oxuculara elektron şəkildə təqdim ediləcək.

Bülletendə B.EST Solutions şirkətinin cari fəaliyyəti və həyata keçirdiyi layihələri haqda məlumatlar, eləcə də şirkətin operatoru olduğu Asan İmza  mobil elektron imza xidməti haqda xəbərlər əksini tapacaq.

Qeyd edək ki, bülletenin avqust-sentyabr ayları üzrə ilk buraxılışı artıq dərc olunub və həmin buraxılışla buradan tanış olmaq mümkündür.

Bülletenə abunə olmaq istəyənlər birbaşa B.EST Solutions şirkətinin elektron ünvanına müraciət edə, həmçinin B.EST SolutionsAsan İmza rəsmi Facebook səhifələrində quraşdırılmış müvafiq tətbiqdən istifadə edə bilərlər. Yaxın zamanlarda B.EST Solutions şirkətinin veb-səhifəsində və Asan İmza xidmətinin veb-saytında da bülletenə abunə olmaq imkanı yaradılacaq. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə