Tanınmış startapçılarımız tələbələrlə görüşəcək

04-12-2015 / 15:54

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  bütün fakültələrinin tələbələri üçün dekabrın 8-də “StartUp nədir” adlı görüş-trening təşkil olunacaq.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycanda çoxlu sayda uğurlu layihələrin reallaşdırılması ilə tanınan Yüksək Texnologiyalar Parkında , Layihələrə Dəstək və Elmi Potensial şöbəsinin müdiri Ulvi Aslanov tələbələri maraqlandıran sualları cavablandıracaq.

Eyni zamanda Nettrends, Alkredit layihəsinin rəhbəri Elşad Yusifli , Fatal Fight oyununun qurucusu Toğrul Səməd öz təcrübəsini tədbir iştirakçıları ilə paylaşacaq. 

Tədbir universitetin əsas ( 1-ci ) korpusun 3-cü mərtəbəsində, konfrans zalında baş tutacaq.

Görüş AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzi tərəfindən təşkil edilir.

Tədbirdə iştirakla bağlı buradan daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə