TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016 / 12:09

TBC Kredit təşkilatı ilə “Elektron hökumət” portalının operatoru arasında imzalanmış müqaviləyə əsasən, kredit almaq üçün arayışlar elektron şəkildə qəbul olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a  bildirilib ki, bu məqsədlə təşkilatın filiallarında texniki imkanlar yaradılıb.

Belə ki, müştəri www.e-gov.az portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə e-arayışı formalaşdırır. E-portala daxil olmaq üçün elektron imza sertifikatı, “ASAN imza” və ya kod parollardan istifadə olunur. Kod parolu almaq üçün vətəndaş e-portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını, həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.

Qeyd edək ki, "E-hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmət artıq 20-dən artıq bank və kredit təşkilatlarına tətbiq olunur. E-xidmət vasitəsilə kağız üzərində arayışların alınmasına sərf olunacaq vaxta qənaət edilməklə yanaşı, bir çox bürokratik məsələlər də həll edilir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.