Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018 / 10:11

Azərbaycanda Yerin səthinin öyrənilməsi sahəsində yüksək texnoloji vasitələrdən istifadə təqdirəlayiqdir. “Azerkosmos” ASC-nin Yerin müşahidəsi, xüsusən də Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyi təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir. 

Xeberler.az  bildirir ki, bu fikirlər noyabrın 13-də Tbilisidə keçirilən “Coğrafi İnformasiya Sistemləri (CİS) və məsafədən zondlama istifadəçiləri” mövzusunda beynəlxalq konfransda səslənib.

Bildirilib ki, konfransın əsas məqsədi Yerin səthinin öyrənilməsində qabaqcıl texnologiya sahəsində əldə olunan yeniliklər barədə məlumatlar əldə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaqdır. Tədbirdə Azərbaycanı “Azerkosmos” ASC-nin region üzrə meneceri Eldəniz Əliyev təmsil edib. O konfransda təqdimatla çıxış edib.

Qeyd olunub  ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” vasitəsilə geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.

E.Əliyev jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi telekommunikasiya və Yerin müşahidəsi sahəsində də böyük uğurlar əldə olunub. Tbilisidə keçirilən konfransda da bu və digər uğurlarımız barədə məlumat verdim. “Azerkosmos”un, xüsusən də “Azersky”ın fəaliyyəti barədə təqdimatımıza çox böyük maraq yarandı. Bir sıra ölkələr bizim əldə etdiyimiz texnoloji uğurlara maraq göstərirlər”.

Həmçinin konfransda müxtəlif ölkələrin nümayəndələri ilə “Azərkosmos”un fəaliyyəti, xidmətləri, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə