Tech-Tech Xanım 2 yaşını qeyd edəcək

01-05-2017 / 14:07

WoWoman: Tech-Tech Xanım layihəsi  2 illiyini qeyd edəcək.

Xeberler.az-ın məlumatına görə, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKY) sahəsində xanımların fəallığını artırmağa xidmət göstərən layihənin 2 yaşı tamam olur.

Belə ki, fəaliyyətdə olduğu 2 il ərzində layihə sadəcə xanımlar üçün 25 proqram, 10 uzun müddətli kurs təşkil edib və 1 500-dən çox xanımın həyatında mühim rol oynayıb.

Layihə Meneceri Günay Kazımzadə qeyd edib ki, Tech-Tech Xanım qızlara özünə inamlı olmaqla yanaşı, İT sahəsinin bir çox istiqaməti üzrə bilik və bacarıqları öyrədir.

Onun sözlərinə görə, mayın 7-də Badamdar Oteldə 5 proqramın bağlanış mərasimi keçiriləcək:

“”Oracle DBA”,  “C programming language”, “Help Desk” ,“Graphic Design” ,“CCNA R&C Certification”. Artıq fəxrlə deyə bilərəm ki, ölkəmizdə bu terminləri bilən bir çox xanım var. Əvvəl İT sahəsi uzaq və çətin görsənirdisə də, son zamanlar qızlar aktiv şəkildə özlərini bu sahədə təsdiq edir, iş tapırlar, yeni biliklər öyrənir”.

Məlumata görə, Tech-Tech Xanım İT dünyasına səyahətini növbəti aylarda da davam etdirəcək. Yay ayları üçün proqramı və yeni layihələr də  tədbirdə açıqlanacaq.

Tədbirdə iştirak yalnız dəvətnamə ilədir.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə