Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019 / 12:39

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Tədqiqatçıların informatika üzrə hazırlığı” kitabı nəşr olunub.

Xeberler.az bildirir ki, kitabda institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlar haqqında toplanmış məlumatlar müxtəlif parametrlər üzrə (yaş, cins, elmi istiqamətlər, elmi müəssisələr, vətəndaşlıq və s.) analiz olunub, müvafiq analizin nəticələri vizuallaşdırılaraq cədvəl və qrafiklər şəklində təqdim edilib.

Nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və mərkəzin baş mütəxəssisi Kəmalə Qurbanovadır.

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən nəşr olunan statistik icmal 2003-2018-ci illər ərzində institutda “İnformatika” fənnindən imtahan vermiş respublika üzrə elm və təhsil müəssisələrinin doktorant və dissertantları haqqında zəruri məlumatların toplandığı verilənlər bazasının analitik emalı əsasında tərtib edilib.

Məcmuədəki məlumatlar elmin təşkili və idarə olunması sahəsində səmərəli qərarların verilməsi, eləcə də respublikada elmi kadr hazırlığının vəziyyətinin təhlili və qiymətləndirilməsi üçün istifadə oluna bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.