Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

12-03-2018 / 15:10

Bir müddətdir 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən Mavi balina oyunu indi də WhatsApp ilə yayılmağa başlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, oyun xüsusi linklər ilə WhatsApp üzərindən yayılır.

Qeyd edək ki, Mavi balina hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil.  

Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir.

Son dövrlər məsələ ilə bağlı ölkəmizdə də ciddi addımlar atılır. Belə ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq istifadəçilərə təhlükəli olduğu barədə xəbərdarlıq etdi.

Xatırladaq ki, Mavi balina 2013-cü ildə yaradılıb. Bu oyun 2015-ci ildən intiharlara səbəb olmağa başlayıb.

Qeyd edilir ki, oyun haqda ilk dəfə rusiyalı jurnalist məlumat verib. Belə ki, jurnalist 12 yaşlı qızın ölüm səbəbini araşdırarkən Mavi balina ilə tanış olub.

Məlum olub ki, 50 gün davam edən oyun 50 tabşırıqdan ibarətdir. Oyuna qoşulmaq üçün veb kameranın və səs mikrofonunun açıq olması şərtdir. Nəticədə oyun istifadəçilərini özündən asılı vəziyyətə salır, özünə qapanmalar yaradır.

Xarici mediada yer alan məlumatlara görə, oyunu yeniləyən adam həbs edilsə də, yaradıcıları və idarə edənləri hələ də tutulmayıb.

Çoxsaylı intiharlara yol açdığına görə Mavi balina bir çox dünya ölkələrində qadağan edilib.

Aləmdə Nəsib

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.