Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018 / 10:47

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirəcək.

Xeberler.a  bildirir ki, tədbir “İnnovasiyalar həftəsi” çərçivəsində 30 oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Konfransda “AzInTelecom” ilə “Microsoft”-un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat veriləcək.

Eyni zamanda, kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlüklər diqqətə çatdırılacaq.

Tədbirdə həmçinin “Azintelecom” və “TrendMicro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılacaq.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.