Təhlükəsiz internetlə bağlı təlimlər başa çatıb

14-03-2016 / 10:41

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən “Təhlükəsiz İnternet” adlı layihə uğurla başa çatıb.

Xeberler.az-ın məlumatına görə, layihə çərçivəsində Lənkəran şəhəri ilə yanaşı Astara, Masallı, Lerik və Biləsuvar rayonlarında yaşayan məktəblilər də, internet təhlükəsizliyi mövzularında faydalı biliklər qazanıb.

Layihənin məqsədi cənub bölgəsində təlimlər keçməklə məktəbyaşlı gənclərə, yeniyetmələrə internetdən təhlükəsiz istifadə qaydalarından istifadə etməklə daha doğru-düzgün istiqamətdə faydalanmaq haqqında maarifləndirmə işini həyata keçirməkdir.

Layihə rəhbəri Raiq Əliyev Xeberler.az-a  bildirib ki, layihə çərçivəsində internet təhlükəsizliyi, onlayn alış-veriş zamanı elektron kartlardan istifadə, şəxsi məlumatların qorunması və təhlükəsizliyi, internet etikası ilə bağlı məlumatlar verilmişdir. Layihə cənub bölgəsində yaşayan məktəbyaşlı uşaqların və yeniyetmələrin, internet texnologiyalarından daha səmərəli və təhlükəsiz istifadəsinə böyük töhfə verəcək.

Layihənin davamlığı üçün yuxarıda adları qeyd olunan rayonların Gənclər və İdman İdarələrinin təşkilatçılıqları ilə digər məktəblərdə də, təlimlər təşkil edilməsi planlaşdırılıb.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.