Tehran və Bakı e-ticarətlə bağlı yeni sayt yaradır

19-10-2016 / 15:03

İran və Azərbaycan İnternetdə mal alınması üçün birgə sayt istifadəyə verəcək.

Xeberler.az-ın məlumatına görə,İranın informasiya texnologiyaları naziri Mahmud Vaezi ötən gün Tehranda azərbaycanlı həmkarı Ramin Quluzadə ilə görüşündə bildirib.

Yeni sayt elektron ticarəti asanlaşdıracaq və iki ölkə sakinləri arasında mal alışı imkanları yaradacaq.

M.Vaezinin sözlərinə görə, İranda satıcılar alınmış malların göndərilməsi üçün poçt sistemi, poçt bank və Rayam aeroportundan istifadə edəcəklər.

İRNA agentliyi Vaezidən sitat gətirərək bildirib ki, saytın buraxılışına məsul ayrıca qurumun və elektron ticarətin yaradılacağı gözlənilir, 

Vaezi həmçinin qeyd edib ki, İranla Azərbaycan arasında rabitə və informasiya texnologiyaları xüsusilə poçt və elektron ticarət sahəsində əlaqələr yüksəliş həddindədir.

Tehran peyk texnologiyaları sahəsində Bakının təcrübəsindən, Bakı isə informasiya texnologiyaları  sahəsində İranın nailiyyətlərindən istifadə etməlidir.

Vaezi İran şirkətlərini dekabrda Bakıda keçiriləcək Bakutel sərgisində iştiraka çağırıb.

Ramin Quluzadənin rəhbərliyilə nümayəndə heyəti bazar ertəsi Tehrana gedib,  mənbə bildirib. (contact.az) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə