Təhsil kompüter şəbəkələrinin təhlükəsizlik mərkəzi yaradılıb

06-05-2009 / 15:38

Azərbaycan təhsil şəbəkəsinin (AZEDUNET) Kompüter şəbəkələrinin təhlükəsizlik mərkəzi (CERT/CSIRT ) yaradılıb.

AZEDUNET-in direktoru Səməd Abbasovun sözlərinə görə, 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzin məqsədləri həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyi ilə bağlı hadisə və təhlükələrin qarşısının alınmasından ibarətdir: \"Bununla belə, söhbət tək düşünülmüş hücum və icazəsiz giriş cəhdlərindən deyil, həmçinin nasazlıqlar, avadanlıq və proqram təminatının istifadə qaydalarına riayət olunmaması ilə bağlı hadisələrdən, həmçinin zərərverici virusların yayılmasından gedir.\"

Mərkəz hadisələr üzrə məlumatların toplanılmasını və təhlil olunmasını təmin etməklə yanaşı Azərbaycan təhsil şəbəkəsinin istifadəçilərinə kompüter şəbəkələrinin informasiya təhlükəsizliyini təmin etmək məqsədilə məsləhətçi və texniki dəstək göstərir.

Operativ cavabvermə üçün müasir monitorinq və kompüter şəbəkələrinin fəaliyyətində qeyri-adiliklərin aşkarlanması alətləri istifadə olunur. Mərkəz mümkün hadisələrin qarşısının alınması məqsədilə tədris institutlarında profilaktik və önləyici işlər həyata keçirirməklə yanaşı fəal təhlükəsizlik işləri ilə də məşğul olur.

S.Abbasov həmçinin qeyd edib ki, informasiya təhlükəsizliyilə bağlı məsələlər həm informasiya məhsul və xidmətlərinin təchizatçıları, həm də onların istehlakçıları üçün böyük əhəmiyyət daşıyır. Halbuki, məlumat və kompüter şəbəkələrinin təhlükəsizliyi keyfiyyəti formalaşdıran ən vacib faktorlardan hesab olunur.

Mərkəzin əsası AZEDUNET-in sələfi AzNET layihəsi (2004-2007) çərçivəsində qoyulmuşdur. Azərbaycan təhsil şəbəkəsinin CERT qrupu Avropanın CERT Cəmiyyətinin üzvüdür ki, bu da operativ şəkildə məlumat mübadiləsini aparmağa və qlobal xarakterli təhlükələrə ani olaraq cavab verməyə imkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə