Təhsil Nazirliyində yeni təyinat

19-02-2018 / 15:43

Təhsil Nazirliyinin daxilində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə yeni müdir təyin edilib.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Vüsal Xanlarov gətirilib.

Qeyd edək ki, V. Xanlarov yeni təyinata qədər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və treninq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin Təhsil Nazirliyinin əsas tərəfdaşlarından biri olaraq "Mədəd Azərbaycan" da icraçı direktoru olub. 

Bir müddət öncə məlumat verdiyimiz kimi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov Bakı Mühəndislik Universiteti daxilindəki Texnoparka rəhbər təyin edilib.

Yeni təyinata qədər Samir Məmmədovu onu müavini Ayaz Abışov əvəz edirdi.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Respublikada təhsil sisteminin bütün pillələrini əhatə edən vahid təhsil informasiya mühitinin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə xidmət göstərir.

Həmçinin, bu sahəyə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsi və səmərəli istifadəsi, dövlət proqramlarının yüksək keyfiyyətlə həyata keçirilməsi də İdarənin fəaliyyətinə daxildir.

İdarə Texniki xidmət, ekspertiza və telekomunikasiya, Treyninq və monitrinq , Elektron və Veb Məzmunun İnkişafı üzrə 3 şöbədən ibarətdir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.