Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010 / 14:13

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-ı çərçivəsində yaradılmışdır və əsas məqsədi elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, həmin resursların təhsil portalında yerləşdirilməsi və onların daha effektiv formada tətbiqidir.

Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi şuranın fəaliyyətini əlaqələndirəcəkdir. Artıq Şuranın ilk iclası keçirilmiş və fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
 
Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şuranın tərkibi müxtəlifdir. Bura Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu,  Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu, Təhsil Nazirliyinin tərəfdaşları olan “Mədəd” humanitar təşkilatı, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti, , qeyri hökumət təşkilatları və müəllimlər daxildir.

Şuranın əsas fəaliyyət istiqamətləri elektron tədris resurslarının əsaslanaraq qiymətləndirilməsi, həmin resursların təhsil sistemində istifadəsi və onların daha effektiv formada tətbiqidir.Bu prosesi təmin etmək üçün Şura beynəlxalq təcrübədən istifadə edəcəkdir.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.