Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009 / 11:09

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.

IKT Informasiya Merkezindən xeberler.az-a verilən məlumata əsasən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının” tələblərinə uyğun yaradılan  Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir.

Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadə ediləcəyi planlaşdırılır. Milli Təhsil Portalında (Edu.az)  yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuş bütün məktəbləri istifadə edə biləcəkdir.

Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin əsas müddəalarına və tələblərinə uyğun həyata keçiriləcəkdir.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.