Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018 / 10:29

Noyabr ayının 29-da saat 09:30-da “JW Marriott Absheron” hotelinin “Xocasən” zalında Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olan və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhsildə İKTnin tətbiqi üzrə I Bakı Forumu” baş tutacaqdır.

Xeberler.az  bildirir ki, forumun məqsədi İnformatika müəllimləri arasında İnformasiya-Kommunikasiya Texnologiyaları haqda fikir və ideya mübadiləsini təşkil etməkdir. Foruma Bakının qabaqcıl informatika müəllimləri, məktəb direktorları, Azərbaycan Respublikası Təhsil İnstitunun və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun mütəxəssisləri, təhsil ekspertləri, təhsildə İKT resurslarını təşviq və təbliğ edən əlavə təhsil müəssisələrinin əməkdaşları dəvətlidirlər. Foruma spiker qismində dəvət olunan 8 mütəxəssis onlara ayrılan panel müddətində təhsildə İKT-nin tətbiqinə dair təqdimatlar edəcəklər.

Təqdimatlardan sonra isə auditoriya ilə interaktiv əlaqə qurulacaq və müəllimlər birlikdə səslənən fikirləri müzakirə edə biləcəklər. Qeyd edək ki, Təhsil Nazirliyi artıq ikinci ildir ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edir. “Təhsildə İKTnin tətbiqi üzrə I Bakı Forumu” layihəsi bu il müsabiqəyə təqdim olunan 850 layihə təklifindən qalib olaraq maliyələşdirilən 166 ideyadan biridir. Layihə rəhbəri Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini və informatika müəllimi Rahilə Əliyarzadədir. Rahilə Əliyarzadə həmçinin ötən ilki qrant müsabiqəsində də qalib olmuşdur. Təhsildə İKTnin tətbiqi üzrə I Bakı Forumunun təşkilat komitəsi ilə +994 55 640 64 87 nömrəsinə zəng edərək əlaqə saxlaya bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.