Təhsildəki İKT uğurlarımız Ukraynada işıqlandırılıb

19-08-2015 / 13:15

Avqustun 15-17-də Ukraynada Biznes, Karyera və İnternet texnologiyaları mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Xəbərlər-in verdiyi məlumata görə, tədbir Ukraynanın Təhsil Nazirliyinin təşkilatçılığı əsasında Çernikov Dövlət Universitetində təşkil olunub.

Konfransda Azərbaycanı biznes ve internet texnologiyalari üzre ekspert qismində Ramil Süleymanov təmsil edib.

Dəyirmi masada distant olaraq Polşa və Maldovadan da beynəlxalq təlimçilər, məruzəçilər iştirak edib. Bu istiqamətdə daha geniş tərkibdə növbəti seminar oktyabr ayının ilk həftəsində biznes qurumların iştirakı ilə Ukraynada keçiriləcək.

Nümayəndəmiz beynəlxalq tədbirdə yaratdığı Veb 2.0 -Veb3.0 internet resursları, müəllim bloqları haqqında geniş məlumat verib.

Ramil Süleymanov Xeberler.az-a bildirib ki, beynəlxalq tədbirdə Azərbaycan təhsilində İKT-nin rolu, müəllimlərin İKT-nin imkanlarından istifadə edərək, karyera qurmaları istiqamətində ətraflı məlumatlar verilib.

Qeyd edək ki, Ramil Süleymanov bu ilin oktyabr ayında Ukraynada keçiriləcək tədbirdə Azərbaycandan ekspert kimi dəvət edilib.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə