Təhsilini yarımçıq qoyan Mark Zuckerberg indi məzun oldu- Foto

26-05-2017 / 10:06

Facebook-un qurucusu Mark Zuckerberg dünən Harward Universitetini bitirərək, məzun olub.

Xatırladaq ki, gənc milyader 12 il sonra universitetin diplomunu alıb. Belə ki, Mark 2002-ci ildə universitetə  daxil olub, amma təhsilini ikinci ilində tərk edərək, Facebook-un yaradılması və irəliləməsi ilə məşğul olaraq, öz şirkətini qurub.

Xeberler.az -ın məlumatına görə, Facebook CEO-su hüquq üzrə doktorluq dərəcəsini alıb.

Bu sevincini sosial şəbəkədə izləyiciləri ilə bölüşən Mark belə qeyd edib:

"Ana, axı sənə söz vermişdim ki, qayıdıb, ali təhsil dərəcəmi alacam".

Onu da xatırladaq ki, Mark-dan öncə Harward-ı Microsoft-un təsisçisi və dünyanın ən zənginlərindən olan Bill Gates də tərk etmişdi. O, həmin universitetə 1973-cü ildə daxil olmuşdu və artıq bir neçə ay sonra oranı tərk etmişdi. Buna baxmayaraq, Harward ona 30 il sonra nailiyyətlərinə görə yenə də diplomunu təqdim etmişdi.

 

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə