Tələbə və müəllimlərin mobilliyi təmin edilir

18-11-2015 / 14:29

Noyabrın 18-də  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının təqdimatı keçirilib. 

Xeberler.az bildirir ki, yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir. Bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib.

Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

Qeyd edək ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə