Tələbələr Avirtel-in iş fəaliyyəti ilə tanış olub

27-04-2016 / 11:47

Azərbaycan Texniki Universitetin tələbələri Avirtel şirkətində olub.

Xeberler.az-ın məlumatına görə, onları qarşılayan şirkət nümayəndəsi ilk olaraq Avirtel-in strategiyası, fəaliyyət sahələri, uğurları və gələcək planları haqqında ətraflı məlumat verib.

Tələbələr şirkətin inzibati binasını gəzərək bütün şöbələr, onların rəhbərləri və əməkdaşları ilə, hər bir şöbənin ayrı-ayrılıqda iş prinsipi ilə tanış olub.

Onlar Avitel-in 176 Çağrı Mərkəzinin iş rejimi, texniki dəstəyi, əlaqələrin yaradılması prinsipi ilə, Çağrı Mərkəzi işçilərinin davranışı, müştərilərə cavab texnikası ilə əyani tanış olub.

İT sahəsi üzrə treninq bölümündə şirkətin əməkdaşı Anar Ağayarov tələbələrə internet provayderin iş prinsipi haqqında təlim keçərək, onları şirkətin Data Center-i (Məlumat Mərkəzi) ilə tanış edib.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə